Abdulla Öcalanın Keniyada həbs olunub Türkiyəyə gətirilməsi səhnəsini dünyanın dörd bir tərəfindən izləyən dairələr düşünürdü ki, minlərlə nakam ömrə bais olmuş birisinin amansızlıqla cəzalandırılması səhnəsinə şahid olacaqlar. Çünki terrorçu liderin edam mərasimi hüququn deyil, ədalətin təntənəsinə xidmət etməli, gələcək Türkiyə düşmənlərinə görk olmalıydı. Lakin soyuq hesablamalar və strateji düşncə qalib gəldi. Türkiyə tarixinin ən böyük və əhəmiyyətli bir çözümünə Öcalanı qata bildi. Onun ən kiçik detal olması, qərarların Okeanın o tayında verilməsi ilə əlaqəli dolaşan qınaətlərlə bir işimiz yox.
PKK ilə savaşda 35 min insan həyatını itirib. Onlardan 7 mini Türkiyə Silahlı Qüvvələri və mülki insanlar, qalanı isə kürd yaraqlıları idi. Ölənlərin orta yaş həddi 26-dır. Təsəvvür edin ki, nə qədər gəncin ömrü yarımçıq qalıb.
30 ilə yaxın davam edən bu qanlı savaş Türkiyəyə təxminən 350 milyard dollar ziyan vurub. Bu rəqəm arxasında dayanan təkcə hərbi xərclərdir. Onun üzərinə Türkiyədəki qeyri-sabitlik üzündən məcbur olub aldığı yüksək faizli kreditləri və ağır şərtli investisiyaları da gəlsəniz 1 trilyon dollardan artıq itki verildiyini söyləyə bilərik. Görün ki, böyük iqtisadi güclər sırasında olan qardaş ölkənin "müharibə ekonomisi"ndən çəkdiyi ziyanlar nədən ibarətdir.
Əsas sahələrə dövlət vəsaitini kəsib, onu terror hörgütü ilə davaya yönəltmək o deməkdir ki, bir ölkə üzərində "zəif bənd" oyunu qurulub və qum saatı sürətilə xalqın varidatı havaya sovrulur, dağlarda və qeyri-yaşayış məskənlərində hədəfi zərərsizləşdirmək üçün səfərbərlik elan olunur. Daimi müharibə şəraitindən ağır və üzücü heç nə ola bilməz.
Nəzərə alınsa ki, Diyarbəkir, Bitlis, Van və digər bölgələrin turizm potensialını hərəkətə gətirmək mümkün olmadığından bu sahələrdə milyardlala dollar vəsait gerçəkləşdirilə bilməyib və əhalinin qüvvəsi quruculuğa yönəlməyib, deməli, astronomik bir həddə çatan savaş büdcəsinin Türkiyəni necə zəiflətdiyini aşkar görməmək mümkün deyil.
Biz iki millət arasında əzəli müharibəyə çevrilən və daxili siyasi hakimiyyət vuruşlarını alovlandıran təsirləri bura əlavə etməmişik. Böyük layihələr içərisində hazır yem olan bu kartdan faydalanmayan ölkə çox az olar.
PKK yaraqlıları yaxın günlərdə İraqa dönəcəklər və silahlızlaşdırma əməliyyatının icrasına başlanacaq. Üç mərhələli planın birinci addımından sonra Konstitisiya dəyişiklilkləri və sülhyaratma tədbirlərinin işə düşməsi gözlənilir.
Bu razılaşmanın gizli tərəfləri uzun on illər də bağlı qalacaq. Şimali Kürdüstan deyilən əraziyə Amerika və Qərbin himayəsi ilə hansı status veriləcək? PKK tam dövriyyədən çıxa bilməzsə, onu kimə qarşı növbəti müharibələrə təhrik edəcəklər? Çünki düşmənçilik ideologiyası üzərində qurulan bir təşkilat sülh şəraitində tab gətirə bilməz. Onun rəhbərlərinin və sifarişçilərinin silah bazarı və böyük dövriyyəsi məhv olmamaq üçün yeni planlar masaya qoyulmalıdır.
Anlaşmanın Suriyanın taleyi və Türkiyənin razı salınması sövdələşmələri ilə bağlı olması da ehtimallardan biridir. Çünki, İraqa qoşun yeritmək qərarından daşınan Türkiyənin Əsəddən sonrakı dövrə ciddi hazırlaşdığını qəti olaraq söyləyə bilərik. Elə isə PKK-nın kiminlə üz-üzə duracağı o qədər də cavabsız deyil. Yaxın Şərqdəki güc nisbəti İran, Rusiya, Qərb və Çindən asılıdırsa, deməli, terror qurumları növbəti dövrün əsas mübarizlərində yenə də səhnədə olacaqlar. İranın ziyanına ağırlıq mərkəzinin dəyişdirliməsi üçün bölgəyə əlavə qüvvə çıxarılacaqdır.
Sülh planı işləsə, Türkiyə yeni bir güc halına gələcəkdir. Düşmənlərin seyr etdiyi bu səhnə daxili partlayışlar və yeni qətlərlə müşaiyyət oluna bilər.
Bir neçə gün öncə qardaş ölkənin mediası iki xalqın-türk və kürdlərin birliyi sayəsində hansı dəyişikliklərin baş verəcəyini və Türkiyənin ərazicə böyüyəcəyini anons edib. İmperiya irsinə malik olan bir millətin tarixi qorxu mənbəyi olaraq qalacaqdır.
Ərdoğan bu missiyanı uğurla başa çatdıraraq dövrünün nəhəng bir liderinə çevriləcəkdir.
Onun əzəməti xarizmasına, çevik qərarlarına,sistem yaratma qabiliyyətinə görə deyil,bir türk insanının gələcəkdə həyatını qorumasına görə veriləcəkdir.
PKK-sız Türkiyə Qüdrətli Cümhuriyyət deməkdir!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB