Elçin Mirzəbəyli: “Sıfırın kim tərəfindən dəstəklənməsindən asılı olmayaraq, nəticə yenə sıfır olacaq
"İsa Qəmbərin müsahibəsi zamanı dedikləri daha öncə səsləndirdiyi fikirlərin kopyalanmış formasıdır". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli İsa Qəmbərin müxalifət mətbuatına verdiyi müsahibəsi zamanı səsləndirdiyi "qərb ölkələri, hətta hakimiyyətdə olan bəzi məmurlar bizə dəstəkləyir" kimi cəfəng fikirlərinə münasibət bildirərkən deyib.
E.Mirzəbəylinin sözlərinə görə, İ.Qəmbər bundan öncəki seçkilərdə də eyni fikirləri deyib: "İsa Qəmbərə 2005-ci ildə keçirilən seçkilərlə bağlı bir məqamı xatırlatmaq istəyirəm. Yəqin bunu özü də yaxşı xatırlayır. Onlar "Azadlıq meydanı"nda qeyri-qanuni aksiya keçirməyə cəhd göstərəndə ABŞ səfiri telefon açaraq Azərbaycan hökumətindən tələb etdi ki, onları nə üçün dağıtmırsınız? Hesab edirəm ki, bu məqamları İ.Qəmbər unutmalı deyil. Onu da yadda saxlamalıdır ki, onun kimilər ayrı-ayrı xarici dövlətlərin əlində öz maraqlarını təmin etmək üçün vasitə ola bilər. Xarici qüvvələrin və hakimiyyətdə təmsil olunan bəzi məmurların İ. Qəmbərə dəstəyi məsələsinə gəldikdə isə bu, qeyri-mümkündür. Çünki bir siyasi xadim kimi onun potensialı təmsilçisi Hikmət Hacızadənin dilə gətirdiyi kimi sıfıra bərabərdir. Bu baxımdan sıfırın kim tərəfindən dəstəklənməsindən asılı olmayaraq, nəticə yenə də sıfır olacaq. Ona görə də səsləndirilən fikirlərə qeyri-ciddi yanaşıram".
Bununla yanaşı siyasi şərhçi vurğulayıb ki, siyasətçi ilk növbədə öz xalqına istinad etməli, xalqın dəstəyini qazanmalıdır: "Siyasi xadim hakimiyyətə gəlmək üçün xarici qüvvələrin dəstəyinə ümid etməməlidir. Azərbaycan xalqının dəstəyini qazana bilməyən bir siyasətçi bir addım belə ata bilməz. Ancaq ölkədə bu düşüncəyə sahib insanların olması təəssüf hissi doğurur. İ.Qəmbərin bu sözləri Müsavatın partiya aparatının sədri Arif Hacılının 1992-ci ildə söylədiyi "doqquz dövlətlə hakimiyyətə gəlməyimiz razılaşdırılıb" fikri ilə üst-üstə düşür. Bu da onu sübut edir ki, bu insanlar 1992-ci ildən bəri uduza-uduza gedirlər. Ancaq şüurlarında heç bir dəyişiklik baş verməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB