"Ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri yolverilməzdir. Onların uydurma "erməni soyqırımı" haqqında iddialarının heç bir əsası yoxdur. Əslində, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən qətliamlar dünya tarixində ən ağır cinayətlər sırasındadır". SİA-nın məlumatına görə, bu fikirləri AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bildirib.
Onun sözlərinə görə, tarixi faktlar 1918-ci ilin mart ayında ermənilər tərəfindən dinc insanların ən qəddar üsullarla öldürülməsi azərbaycanlıların soyqırıma məruz qaldığını sübut edir: "Ermənilərin cəhdlərinə baxmayaraq bu reallığı inkar etmək mümkün deyil. Təəssüf ki, beynəlxalq ictimaiyyət ermənilərin yalanlarına bəzi hallarda inanır, bir sıra ölkələrin parlamentləri uydurma "erməni soyqırımını" tanıyıblar. Soyqırımını törədənlər ermənilərdir və dövlətlər bu fakta diqqət yetirməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB