Azərbaycan-Latviya biznes forumu keçirilib

Azərbaycan-Latviya biznes forumu keçirilib

Aprelin 24-də Latviya Respublikasının Prezidenti Andris Berzinşin ölkəmizə rəsmi səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Latviya biznes forumu keçirilib.

Forumda Azərbaycan və Latviya tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı və qida sənayesi, informasiya-kommunikasiya texnologiyaları, turizm, sığorta, səhiyyə, tikinti, təhsil, konsaltinq, maliyyə, nəqliyyat, logistika, energetika və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın iş adamı iştirak edib.

Biznes forumda Azərbaycan-Latviya iqtisadi-ticarət əlaqələri barədə məlumat verilib, bu cür tədbirlərin əməkdaşlığın daha da genişləndirilməsində, iş adamları arasında əlaqələrin inkişafında əhəmiyyəti vurğulanıb. Tədbirdə hər iki ölkənin biznes və investisiya imkanları barədə məlumat verilib, təqdimatlar edilib.

Forum çərçivəsində Azərbaycanın "Ultra" və "Babilion" şirkətləri ilə Latviyanın "DPA" və "Layma" şirkətləri arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma memorandumları imzalanıb.

Biznes forumda Azərbaycan və Latviya iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə