"Azərbaycan isə atəşkəsi bircə dəfə pozacaq" AÇIQLAMA

Emin Həsənli: “Onda da biz Ali Baş Komandan İlham Əliyevin əmri torpaqlarımızı ermənilərindən geri alacağıq”
"Azərbaycan isə atəşkəsi bircə dəfə pozacaq" AÇIQLAMA

"Bu ermənilərin mövbəti sərsəm təfəkkürüdür ki, olmayan bir şeyi dünyaya tanıtdırmağa çalışırlar. Hər kəs də bilir ki, ermənilər bilavasitə Xocalı soyqırımını törədənlər, həm də bu qətliamın iştirakçısı olublar. Hətta bununla bağlı materiallar, videolar, eləcə də həmin hadisələrin şahidləri belə mövcuddur". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri Emin Həsənli ermənilərin qondarma "erməni soyqırımı" gününü qeyd etməsinə münasibət bildirərkən deyib.

E.Həsənli: "Amma gəl ki, ermənilər hər zaman olduğu kimi yenə də uydurma və mənasız söhbət edirlər. Onlar öz övladlarını azərbaycanlılara və türklərə qarşı nifrət ruhunda böyüdürlər. Azərbaycan ordusu hər gün cəbhə bölgəsində ayıq-sayıq olaraq düşmənlə üz-üzə dayanır. Ordumuz öz qarşısına qoyulan tapşırıqları layiqincə yerinə yetirir. Ümumiyyətlə düşmən qüvvələri tez-tez atəşkəsi pozur və daim çalışır ki, Azərbaycanın hərbi, mülki əhalisini qətlə yetirsinlər. Bu canilər uşaq, qadın, qoca, yaşlı demədən hər kəsi öldürməyə çalışırlar. Bunlar üçün vicdan, mənəviyyat, hüquq, humanizm boş şeylərdir. Düşmən hər dəfə bir zərbə endirəndə ikiqat da cavabını alacaq. Məhz buna görə də düşmənin mütəmadi olaraq atəşkəsi pozmasının heç bir nəticəsi olmayacaq. Azərbaycan isə atəşkəsi bircə dəfə pozacaq ki, onda da biz Ali Baş komandan İlham Əliyevin əmri torpaqlarımızı ermənilərindən geri alacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə