Politoloq Mirkazım Seyidovun Səs TV-yə müsahibəsi:
- Bu gün Ermənistan qondarma "erməni soyqırımını" qeyd edir və bu "soyqırımı" dünya ictimaiyyətinə çatdırmağa çalışırlar. Bəs tarixi faktlar bu qondarma "erməni soyqırımı" barədə nələr deyir?
- Artıq uzun illərdir ki, ermənilər bu günü "ermənilərin soyqırımı" günü kimi qeyd edirlər. Dünya ölkələri qarşısında ictimaiyyətə özlərini əzilmiş, məhv olmuş bir millət olaraq təqdim etdirməyə nail olublar. Bu nailiyyətin arxasında ermənilərin məkrli siyasəti durur. Əslində qondarma "erməni soyqırımı" elə Ermənistan dövlətinin özü kimi qondarma bir hadisədir. Çünki I Dünya Müharibəsi dövründə, xüsusilə Böyük Oktyabr inqilabına qədər olan dövrlərdə "Böyük Ermənistan" ideyası xarici dövlətlər tərəfindən ortaya atılıb. Xarici dövlətlər həmin dövrdə Osmanlı İmperiyasının qarşısını almaq məqsədilə bu xülyanı meydana çıxararaq türklərin içərisində yaşayan erməniləri onlara qarşı qaldırdılar. Belə ki, ermənilərə qarşı kiçik terror aktları törətməyə başlayan xarici dövlətlər bununla da erməniləri Osmanlı imperiyasına qarşı qaldırmağa, onların Böyük Ermənistan xülyası ilə yaşamasına nail oldular. Müəyyən müddət sonra artıq Çar Rusiyası Ermənistan dövlətinin yaradılmasında fəal iştirak etməyə, hətta onun əsas banilərindən birinə çevrilməyə başladı. Rusiyanın və müəyyən xarici dövlətlərin maraqları çərçivəsində yaradılan Ermənistan dövləti daha sonra "ASALA"və "Daşnaqsütyun" kimi terror təşkilatlarını yaratdı və elə həmin dövrdən başlayaraq bu təşkilatlar da Ermənistanın terrorçu dövlət olmasından xəbər verirdi.
- Ermənilər bu gün həm Azərbaycanın, həm də Türkiyənin onlara qarşı "soyqırım" törətdiklərini iddia edirlər. Bəs hər iki qardaş ölkə Ermənistanın özündə reallığı əks etdirməyən bu iddialarına qarşı hansı adekvat addımlar atmalıdırlar?
- Yeni bir era başlayıb. Bu gün ABŞ və Avropa dövlətləri, beynəlxalq təşkilatlar keçmişin reallıqlarını olduğu kimi təqdim etməyi öz qarşılarında məqsəd qoymalıdırlar. Maraqlı dövlətlərin və təşkilatların söylədikləri "reallıqlar" artıq Ermənistanın xeyrinə işləməməlidir. Çünki bu günə qədər Ermənistana göstərilən dəstəyin nəticəsidir ki, Azərbaycanın 20% torpaqları işğal altındadır. Beynəlxalq təşkilatlara müraciətlərimiz və diaspora təşkilatlarının səyləri nəticəsində artıq Azərbaycan həqiqətlərinin dünya xalqlarına, dövlətlərinə çatdırılmasına tədricən nail olmuşuq. Növbəti addımımız sayəsində isə qondarma Ermənistan dövlətini ifşa edən tarixi faktlarla "erməni soyqırımının" yalan və sözdə bir soyqırım olduğunu dünyaya çatdırmalıyıq. Ermənistan yeganə dövlətdir ki, öz tarixini, keçmişini tarixi faktlarla dünyaya sübut edə bilmir. Yad torpaqlar üzərində qurulan Ermənistan dövlətinin apardığı siyasət ona görə qapalıdır ki, onun yaradılması hegemon dövlətlərin marağı çərçivəsində reallaşıb. Erməni soyqırımını tanıyan ölkələr onun keçmişi ilə maraqlansalar daha məntiqli olar. Gerçəyi görən və Azərbaycana dost münasibətində olan ölkələrlə birgə biz "erməni soyqırımının" əksini sübut edən dəlillərlə dünya ictimaiyyətinə həqiqətləri çatdırmağa nail olmalıyıq. Bu addım xüsusilə Türkiyənin və türk dilli dövlətlərin səyləri nəticəsində reallaşmalıdır. Həm iqtisadi həm siyasi inkişafdan geri qalan erməni xalqı öz keçmişinə nəzər salmalı və gələcəyini müəyyənləşdirməlidir. Ermənistan özünü bir dövlət kimi təsdiqləmək üçün işğalçılıq siyasətindən əlçəkərək Azərbaycan torpaqlarını geri qaytarmalı, bizimlə qonşuluq dostluq zəminində yaşamalıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB