"Ulu Öndər Azərbaycan xalqının yetişdirdiyi nadir şəxsiyyətdir" FOTOLAR

Azərbaycan Memarlıq və İnşaat Universitetinin akt zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
"Ulu Öndər Azərbaycan xalqının yetişdirdiyi nadir şəxsiyyətdir" FOTOLAR

Azərbaycan Memarlıq və İnşaat Universitetinin akt zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumatına görə, universitetin professor, muəllim və tələbə heyətinin, tanınmış dövlət adamlarının, şair və yazıçıların, media nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirin təşkilatçısı, AMİU-nun Qadınlar Şurasının sədri, yazıçı-alim Salatın Əhmədli dünya şöhrətli siyasətçi, müdrik rəhbər Heydər Əliyevin geniş fəaliyyətindən danışıb.

Universitetin rektoru, millət vəkili Gülçöhrə Məmmədova cıxış edərək deyib: "Ulu Öndər Azərbaycan xalqının yetişdirdiyi nadir şəxsiyyətdir. Heydər Əliyev fəaliyyəti ilə Azərbaycanı inkişaf etmiş dövlətlər sırasına çıxarmışdır. Onun uzun müddət rəhbərlik etdiyi dövrdə təhsil sahəsində geniş islahatlar aparılmış, xarici ölkələrdə oxuyan azərbaycanlı tələbələrin sayı hər il get-gedə artmış və bu ənənə indi də uğurla davam etdirilir".

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib ki, Heydər Əliyev hələ MTN-də işləyərkən neşə-neçə ziyalılarımızı məhv olmaq təhlükəsindən qoruyub: "Elə tək "Gülüstan" poemasına görə, qüdrətli şairimiz Bəxtiyar Vahabzadəyə qarşı yönəldilmiş hədə-qorxuların qarşısını cəsarətlə almışdır".

YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov qeyd edib ki, Heydər Əliyev həyatı boyu hər zaman xalqını, Vətənini düşünüb. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınıb.

Azərbaycan xalq artisti Məleykə Əsədova və şairə Şahanə Könül ümummilli liderə həsr olunmuş şeirlər söyləyiblər.

Universitetin prorektoru Tofiq Qasəmov yenicə YAP sıralarına qəbul olunmuş bir qrup tələbəni təbrik edib. Sonra şair-puplisist, Prezident təqaütçüsü, filologiya elmlər üzrə fəlsəfə doktoru Fəridə Ləmanın Ulu Öndərə həsr olunmuş "Onu zaman seçib" poeması yazıçı-alim Salatın Əhmədlinin bədii qiraətində görüntülərlə səsləndirildi və nümayiş etdirilib.

Unuversitetin rəhbərliyi adından S.Əhmədli Fəridə Ləmanı "Fəxri diplom"la təltif edib.

Tədbirdə Ali İctimai-Siyasi Universitetin rektoru Rasim Nəbiyev və digər şəxslər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə