Əmək nazirliklərinin iclası başlayıb

Əmək nazirliklərinin iclası başlayıb

Bu gün Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, iclasda məqsəd Təşkilata üzv ölkələrin əmək nazirlərinin aprelin 25-26-da keçiriləcək konfransının gündəliyinin hazırlanması, nazirlərin görüşü zamanı müzakirəyə çıxarılacaq əsas sənədlərin yekun razılaşdırılmasıdır.

Görüşün yekunu olaraq, iştirakçı ölkələr tərəfindən əmək və məşğulluq məsələləri üzrə "Bakı Çərçivə" sənədinin imzalanması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə