“Yeni Azərbaycan” qəzeti ölkəmizin maraqlarından çıxış edən mətbu orqandır”

“Yeni Azərbaycan” qəzeti ölkəmizin maraqlarından çıxış edən mətbu orqandır”

"Yeni Azərbaycan" qəzeti Azərbaycan üçün çox vacib və əhəmiyyətli bir dövrdə fəaliyyətə başlayıb. O dövrdə ki, həm Azərbaycanın, həm də "Yeni Azərbaycan"ın qurucusu olan YAP-ın belə bir mətbuat orqanına ehtiyacı var idi". Bunu SİA-ya Milli Məclisin sədr müavini Bahar Muradova "Yeni Azərbaycan" qəzetinin 20 illik yubleyi münasibətilə təşkil olunan tədbirdə iştirakı zamanı deyib.

Milli Məclisin sədr müavinin sözlərinə görə, "Yeni Azərbaycan" qəzeti yarandığı gündən bu ehtiyacları dərindən öyrəndi və bu ehtiyaclara gətirib çıxaran səbəbləri, problemləri, Azərbaycanın gündəlik həyatı və onun qarşısında dayanan hədəfləri özünün mövqeyində ilk gündən müəyyənləşdirdi: "Çünki dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi və tövsiyyəsi ilə yaranan bir qəzet yalnız Azərbaycanın maraqlarına xidmət edə, məsələləri gündəlik olaraq öz səhifələrində çap edə bilərdi. Bütün bu illər ərzində "Yeni Azərbaycan" qəzeti onun qarşısında qoyulan vəzifələrə çox böyük məsuliyyətlə yanaşdı. Azərbaycanı inkişafa gətirən bütün bu fəaliyyət Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəzetin səhifələrində ardıcıl olaraq öz əksini tapdı. Ən əsası isə Yeni Azərbaycan Partiyası və bu partiyanın daxili həyatı, partiya üzvlərinin qəbul olunması və onların genişmiqyaslı fəaliyyəti, eləcə də Azərbaycanın bugünki inkişafı üçün partiyanın gördüyü işlər adı çəkilən qəzetin gündəlik səhifələrində öz əksini tapdı. Hesab edirəm ki, bu qəzet dünyanı, Azərbaycanı narahat edən bütün məsələləri obyektiv nöqteyi-nəzərdən işıqlandırmağı bacaran, öz üslubu, siması olan, Azərbaycan maraqlarından çıxış edən bir mətbu orqandır. Mən də "Yeni Azərbaycan" qəzetini 20 illik yubileyi münasibətilə təbrik edirəm və onun kollektivinə yeni-yeni yaradıcılıq uğurları arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə