"Yeni Azərbaycan" qəzetinin əməkdaşları "Tərəqqi" medalı aldı

"Yeni Azərbaycan" qəzetinin əməkdaşları "Tərəqqi" medalı aldı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Yeni Azərbaycan" qəzeti əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə "Yeni Azərbaycan" qəzetinin aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilsin:

Cəfərov Zahid İlham oğlu
Hümmətov Aqşin Şahin oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bütün xəbərlər Facebook səhifəmizdə