Parlamentin növbəti iclasının vaxtı bəlli oldu

Parlamentin növbəti iclasının vaxtı bəlli oldu

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının tarixi məlum olub. Parlementdən SİA-ya verilən məlumata görə, iclas aprelin 30-da keçiriləcək.

Qeyd edək ki, iclasın gündəliyinə İnzibati Xətalar və Cinayət məcəllələrinə müxtəlif dəyişikliklər, "Nəşriyyat işi haqqında", "Müəllif hüququ və əlaqəli hüquqlar haqqında", "Azərbaycan folkloru nümunələrinin hüququnun qorunması haqqında", "Məlumat toplularının hüquqi qorunması haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət sirri haqqında", "Əmək pensiyaları haqqında" və digər qanunlara dəyişikliklər, eyni zamanda, yeni hazırlanan "Gömrük tarifi haqqında" qanun layihəsinin müzakirəsi daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə