Elçin Mirzəbəyli: “AXCP-nin adından başqa heç nəyi qalmayıb”

Elçin Mirzəbəyli: “AXCP-nin adından başqa heç nəyi qalmayıb”

"AXCP sədri Əli Kərimli illərdir ki, eyni fikirləri, mesajları səsləndirir. Ona görə də, onun ritorik və pafoslu çıxışlarına ciddi diqqət yetirilməməlidir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli AXCP sədri Əli Kərimlinin növbəti sərsəm fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, AXCP sədrinin böhtan və yalan danışıqları artıq ənənəyə çevrilib: "Əli Kərimli faktiki olaraq bir vaxtlar Əbülfəz Elçibəyə qarşı oynadığı çirkin oyunlar nəticəsində partiyaya yiyələnib. Bu proses qeyri-legitim şəkildə baş verib. Ona görə də, Azərbaycanda qeyri-legitim olan yeganə şəxs varsa, bu da Əli Kərimlidir. Bu şəxs partiyaya sahib çıxdıqdan sonra məhdud bir dairənin sədri olaraq fəaliyyət göstərir. Faktiki olaraq AXCP adlanan təşkilatın adından başqa həç nəyi qalmayıb. Bu baxımdan onun kiminsə ünvanına qeyri-legitim fikirlər səsləndirməsi mənəvi prinsiplərdən kənar olan məsələdir".

Bütün xəbərlər Facebook səhifəmizdə