Atəşkəs yenidən pozulub

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Kəngərli və Mərzili, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə