Millət vəkili Astanda elmi-praktik konfransda iştirak edəcək

Millət vəkili Astanda elmi-praktik konfransda iştirak edəcək

Milli Məclisin deputatı Adil Əliyev Qazaxıstanın paytaxtı Astana şəhərində səfərdədir. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, millət vəkili "Müasir parlamentarizm: qanunvericilik prosesində hakimiyyətin qolları arasında qarşılıqlı əlaqələrin formalaşması, inkişafı və təkmilləşdirilməsi" mövzusunda keçiriləcək konfransın işinə qatılacaq. Tədbirdə Adil Əliyev qanun yaradıcılığı prosesində hakimiyyət orqanları arasında əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini açıqlayacaq.

Səfər çərçivəsində deputatımız ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Avrasiya xalqlarının dostluğu və mədəniyyəti Konqresi" cəmiyyətinin təşkil etdiyi elmi-praktik konfransda iştirak edəcək.

Qeyd edək ki, səfər aprelin 22-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə