“MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar”

“MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar”

Bu gün Bakıda MDB Müsəlmanları Məşvərət Şurasının "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar" mövzusunda beynəlxalq elmi-praktik konfransı öz işinə başlayıb. SİA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və MDB Müsəlmanları Məşvərət Şurasının sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin sədrliyi ilə keçirilən konfransda Beynəlxalq İslam Missiyasının prezidenti Şafiq Pşixaçev, Tacikistanın, Ukraynanın, Qırğızıstanın, Serbiyanın, Moldovanın, Belarusun, Baltikyanı ölkələrin, Çeçenistanın, Dağıstanın, Adıgeyin, Başqırdıstanın, Tatarıstanın müsəlman liderləri iştirak edirlər.

Konfransa Rusiya Pravoslav Kilsəsinin, Rusiya Baş Ravvinin nümayəndələri, Vatikanın Cənubi Qafqaz üzrə nümayəndəsi Marek Solczynski, Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, deputatlar, dini icma liderləri də qatılıblar.

Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Tədbirə sabah yekun vurulacaq.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə