Vüqar Rəhimzadə: “Bu insanlar öz bəd əməllərini cəmiyyətə sırımağa çalışırlar” AÇIQLAMA

Vüqar Rəhimzadə: “Bu insanlar öz bəd əməllərini cəmiyyətə sırımağa çalışırlar” AÇIQLAMA

"Hesab edirəm ki, ölkədəki bəzi QHT-lər xüsusilə də "Azadlıq" radiosu bu addımları ilə böyük saxtakarlığa yol verib. Bütövlükdə isə bu kimi hallara qarşı qanunvercilik çərçivəsində hüquqi qiymət verilməldir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Azadlıq" radiosunun etikadan kənar, saxtakarlığa yol verərək Nehrəmli kənd sakinini hakimiyyətin əleyhinə danışdırmasına münasibət bilirərkən deyib.

V.Rəhimzadənin sözlərinə görə, bu hal Azadlıq Radiosunun iç üzünü bir daha ortaya qoydu: "Əgər sən insanları aldadırsansa, onları təxribata çəkirsənsə, eləcə də onları müxtəlif çağırışlarla başqa yola istiqamətləndirsənsə və bunun sonradan yalan olduğu öz təsdiqini tapırsa demək sənin fəaliyyətinə heç cürə imkan verilə bilməz. Əvvəllər də bu radioda çalışan insanların xislətləri, hansı məqədlərə xidmət etdikləri hər kəsə məlum idi. Düşünürəm ki, sağlam düşüncəli hər bir vətəndaş onların mövqelərini, mənfi obrazlarını öz təsəvvürlərində artıq yaradıblar. Hesab edirəm ki, bu özlüyündə cinayət məsuliyyəti daşıyacaq bir haldır. Çox təəssüf edirəm ki, həmin insanlar ölkənin bütün uğurlarını qara eynəkdə, qara rəngdə görürlər. Bu insanlar öz bəd əməllərini, xislətlərini, düşüncələrini cəmiyyətə bir növ sırımağa çalışırlar".

YAP Siyasi Şurasının üzvü ölkədəki bəzi QHT-lərin fəaliyyətlərinə də münasibət bildirib: "Bir çox beynəlxalq təşkilatlar var ki, onlar ermənipərəst qüvvələrin əlində alətə çevrilərək Azərbaycanda qeydiyyatdan keçən və ya keçməyən bəzi QHT-lərə yardım müqabilində onları təxribatçı hərəkətlərə sövq edirlər. Bunların hər biri qanun çərçivəsində öz layiqli cəzalarını almalıdırlar. Düşünürəm ki, ölkədə sabitliyi, müstəqilliyi, rahatlığın tərəfində olan hər bir kəs bu kimi hallara qarşı öz münasibətlərini sərt şəkildə bildirməlidir. Onların baş ofislərinə dövlət qurumları tərəfindən lazımi nota verilməli və etirazlar olunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə