Elman Nəsirli: “Bu cür qüvvələrin mövcudluğu Azərbaycan-İran münasibətlərinə kölgə salır”
"Bu gün İranda və hakimiyyətin müəyyən qanadlarında qruplaşmalar mövcuddur ki, onlar Azərbaycan-İran münasibətlərinin normal vəziyyətdə olmasında heç də maraqlı deyillər. Onlar çalışırlar ki, daha çox Ermənistanla münasibətlərini inkişaf etdirsinlər". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli rəsmi İran tərəfindən "Türkmənçay müqaviləsinin ləğvi ilə bağlı məsələni şərh edərkən deyib.
E.Nəsirlinin sözlərinə görə, həmin qüvvələr Azərbaycanın inkişafını onun regionda lider dövlətə çevrilməsini hələ də həzm edə bilmirlər: "Bu yeni tendensiya da deyil. Hələ 1919-cu ildə Paris Sülh konfransı zamanı da İranın xarici işlər naziri tribunaya çıxaraq, Azərbaycana müstəqilliyin verilməsi əleyhinə çıxmışdı. O bildirirdi ki, Azərbaycan elə tarixən İranın imperiyasının tərkibində olub. O zaman yaxşı ki, İtaliyanın xarici işlər naziri məsələyə bu konteksdən yanaşmağın düzgün olmadığını deyib. Bu cür yanaşmalar, iddialar faktiki olaraq Azərbaycana qarşı ərazi iddiası kimi qarşılanmalıdır. Belə olan vəziyyətdə bizim İranda olan "dostlarımızın" işğalçı Ermənistan dövlətini müdafiə etməsini başa düşmək o qədər də çətin deyil. Hesab edirəm ki, bu məsələnin mahiyyətində Azərbaycanın regionda qüdrətli dövlətə çevrilməsi, ölkəmizin beynəlxalq layihələrdə nüfuzunun artması durur. Düşünürəm ki, belə qüvvələrin mövcudluğu nəticə etibarı ilə Azərbaycan-İran münasibətlərinə kölgə salır və onun qarşısını alır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB