Qazaxıstan ilə Qırğızıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib

Qazaxıstan ilə Qırğızıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu ölkədə rəsmi səfərdə olan Qırğızıstan Prezidenti Almazbek Atambayevlə görüşüb. SİA-ya verilən məlumata görə, görüşdə siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli əlaqələrin dərinləşdirilməsi, əməkdaşlığın indiki vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər regionda vəziyyət, Avrasiya məkanında inteqrasiya prosesləri, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək zirvə görüşünə hazırlıq və digər məsələlər diqqət mərkəzində olub.

Görüşdə Qazaxıstan-Qırğızıstan Birgə İnvestisiya Fondunun fəaliyyətinin konkret istiqamətləri ilə bağlı məsələlər də müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə