“Miqrasiyada yeni meyllər və insan alveri”

“Miqrasiyada yeni meyllər və insan alveri”

Bu gün BMT-nin İctimai İnformasiya Departamenti Beynəlxalq Miqrasiya Təşkilatı (BqMT) ilə birgə "Miqrasiyada yeni meyllər və insan alveri" mövzusunda təqdimat və müzakirə keçirib. SİA-nın məlumatına görə, tədbirdə BMT-nın Əlaqələndirmə məsələləri üzrə müşaviri İradə Əhmədova, BMqT-nın ölkə üzrə nümayəndəsi Serhan Aktoprak, UNDPİ-nin Azərbaycandakı nümayəndəsi Envera Selimoviç iştirak edib.

UNDPİ-nin Azərbaycandakı nümayəndəsi Envera Selimoviç bildirib ki, biz dünyanın bir çox yerlərində olan ofislər kimi cəmiyyətin müxtəlif təbəqələri ilə müzakirələr və diskussiyalar təşkil edirik: "Məlumdur ki, BMT-nin "Minilliyin inkişaf məqsədləri" adlı uzunmüddətli inkişaf planı var idi. Bizim burada olmaqda da əsas məqsədimiz jurnalistlər üçün dayanaqlı inkişaf və 2015-ci ildən sonrakı əsas inkişaf məsələləri, o cümlədən insan alveri və bu problemin aradan qaldırılması zamanı regionda və ölkədə qarşıya çıxan problemlər, habelə bu sahədə BMT agentliklərinin gördükləri işlər ətrafında müzakirələri təşkil etməkdir".

Daha sonra BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sərhan Aktorpak və BMT-nin Əlaqələndirmə məsələləri üzrə müşaviri İradə Əhmədova təqdimatla çıxış edərək miqrasiyanın tarixi, insan alveri ilə mübarizə, ölkəmizdə bu sahədə görülən tədbirlər və s. barədə ətraflı məlumat veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə