İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Gənclər Hərəkatının Roma nümayəndəliyinin (MSOI Rome) 14 nəfərdən ibarət heyəti Azərbaycanda səfərdədir. SİA-nın verdiyi xəbərə görə, səfər Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) İtaliya tərəfi ilə ötən il martın 28-də Romada, imzaladığı Əməkdaşlığa Dair Niyyət Protokolu əsasında həyata keçirilir.
Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Xarici İşlər, Gənclər və İdman nazirliklərində olacaqlar.
Bundan əlavə ATGTİ və "İRƏLİ" İctimai Birliyi kimi ölkəmizin aparıcı QHT-ləri ilə görüşəcək italiyalı qonaqlar, onların fəaliyyəti, irimiqyaslı layihələri və beynəlxalq əlaqələri ilə də tanış olacaq, ölkəmizdə reallaşmaqda olan dövlət gənclər siyasəti haqqında məlumat əldə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB