Baş nazir: “Litva Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

Baş nazir: “Litva Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

"Qondarma Dağlıq Qarabağ respublikasının parlamenti ilə dostluq qrupunu yaratmış bəzi parlamentarilərin mövqeyi rəsmi Vilnüsun mövqeyilə üst-üstə düşmür". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Litvanın Baş naziri Alqirdas Butkyaviçyus bəzi litvalı deputatların separatçı Dağlıq Qarabağ rejiminin parlamenti ilə dostluq qrupunun yaradılması barədə təşəbbüsünü şərh edərkən deyib.

Baş nazirin sözlərinə görə, Litvanın yeni parlamenti ötən il formalaşıb və ola bilsin ki, bəzi siyasətçilər səhvə yol veriblər: "Onlar bəyanatlarının gücünü anlamırlar. Litva Dağlıq Qarabağın müstəqilliyini tanımır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir."

Bütün xəbərlər Facebook səhifəmizdə