"Bu toplantı sülhsevər qadınlarını bir araya gətirəcək"

"Bu toplantı sülhsevər qadınlarını bir araya gətirəcək"

"Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun ilk iclasının Bakı şəhərində keçirilməsinin böyük əhəmiyyəti var. Bu, bir daha təsdiq edir ki, Azərbaycan çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etmək iqtidarındadır". SİA-nın məlumatına görə, bu fikirləri yap.org.az saytına YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva deyib.

N.Əiyeva bildirib ki, bu toplantı vasitəsilə Asiya qadınlarının amalı, məqsədi bütün dünyaya yayıldı. Onun sözlərinə görə, milliyyətindən, dilindən, dinindən asılı olmayaraq dünya qadınlarının hamısı birləşdirən müqəddəs bir amal var. Bu da yaşadıqları cəmiyyətdə sülhün və əminamanlığın bərqərar olmasıdır.

"Sülh və əminamanlıq analara əsas ona görə lazımdır ki, öz övladlarının xoşbəxt gələcəyinin sevincini yaşaya bilsinlər. XXI əsrdə qloballaşma prosesi gedir, müharibələr, terrorlar qadınların narahatlığına səbəb olur, belə hallara qarşı kəskin etirazlarını bildirirlər. Bütün qadınlar sülh uğrunda mübarizə aparmaq istəyirlər ki, yaşadıqları cəmiyyətlərdə sabitliyin, sülhün təmin edilməsinə nail olsunlar. Hesab edirəm ki, Bakıda keçirilən bu toplantı təkcə Asiyanın deyil, bütün dünyada sülhsevər qadınları bir araya gətirəcək, onlar bu müqəddəs amallar üçün birləşəcəklər", - deyə YAP Qadınlar Şurasının sədri vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə