"Hər bir təşkilat istər dövlət təşkilatı olsun, istərsə də qeyri hökümət təşkilatı fəaliyyət göstərdiyi ölkənin qanunları çərçivəsində çalışmalıdır. Bu insanlar birmənalı şəkildə qanunların diqtə etdiyi, qarşıya qoyduğu məqsədlərə doğru hərəkət etməlidir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə xarici təşkilatların Azərbaycandakı bəzi QHT-lərə maliyyə yardımı ayırması, əslində isə təxribatçı hərəkətlərlə məşğul olmalarına münasibət bildirərkən deyib.
V.Rəhimzadə deyir ki, hətta qeydiyyatdan keçməyib fəaliyyət göstərən bəzi QHT-lər var ki, beynəlxalq təşkilatlar onlara maliyyə yardımları edirlər: "Təbii ki, bu insanların birmənalı şəkildə məqsədləri vardır. Onların missiyası yalnız dağıdıcılıq, insanlara zərər vermək niyyəti güdür. Hesab edirəm ki, yardımçı qismində fəaliyyət göstərən həmin təşkilatlar da anti-Azərbaycan qüvvələrə xidmət edirlər. Onlar Azərbaycanın qüdrətlənməsini, güclənməsini, ölkədə mövcud siyasi sabitliyi bütövlükdə isə dövlətimizin dünyada çox yüksək səviyyədə inkişafını görmək istəmirlər. Hətta buna qısqanclıqla yanaşırlar. Təbii ki, bunların hər bir cəhdi əbəs yerədir. Azərbaycan günü-gündən qüdrətlənir və inkişaf edir. Dövlət baçşısı İlham Əliyevin apardığı həm daxili, həm xarici siyasət birmənalı şəkildə ölkə vətəndaşına xidmət göstərir. Azərbaycanda kifayət qədər sağlam düşüncəyə malik QHT-lər var ki, onlar dövlət quruculuğunda aktiv şəkildə iştirak edir, eyni zamanda vətəndaş cəmiyyətinin yüksək səviyyədə formalaşmasına yönəlik tədbirlər həyata keçirirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB