Politoloq: “Azərbaycana gəlib hər şeyi öz gözləri ilə görsünlər”

Politoloq: “Azərbaycana gəlib hər şeyi öz gözləri ilə görsünlər”

"Azərbaycana yanaşmada dünya mediasında ikitərəfli münasibət mövcuddur". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov xarici təşkilatların Azərbaycandakı bəzi QHT-lərə maliyyə yardımı ayırması əslində isə təxribatçı hərəkətlərlə məşğul olmalarına münasibət bildirərkən deyib.

R.Musabəyovun sözlərinə görə, bu insanların bir çox hallarda ölkəmizi müəyyən mənada pisləmək istəkləri var: "Belə olan təqdirdə hesab edirəm ki, onlar Azərbaycana gəlib hər şeyi öz gözləri ilə görməlidirlər. Azərbaycan artıq modern Avropa şəhərləri sırasındadır.".

Politoloq İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdinin Azərbaycanın müstəqilliyini təhdid etməsi məsələsinə də toxunub: "İran parlamentində tez-tez cəfəngiyyat xarakterli fikirlər səsləndirilir. Bu insan deyir ki, gəlin, Azərbaycanda referendum təşkil edək. Məqsəd isə İran dövlətinə birləşmək xarakteri daşıyır. Əgər bu paralel olsa, mən bu referendumdan qorxmazdım əksinə razılıq belə verərdim. Amma Əlaəddin Burucerdin fantastik məsələlər barədə danışır".

Bütün xəbərlər Facebook səhifəmizdə