Bu gün Asiya Siyasi Partiyalarının Qadınlar Qolunun ilk iclası keçirilir. Bu tədbirin paytaxtımızda keçirilməsinin önəmi çox böyükdür. Bu onu göstərir ki, Bakı dünyanın beynəlxalq toplantılarının keçirildiyi mərkəzə çevrilib. Bunu SİA-ya YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva deyib.
YAP Qadınlar Şurasının sədri bildirib ki, bu gün dünyada dinindən, dilindən, irqindən asılı olmayaraq dünya qadınlarını bir amal birləşdirir: "Bu hər bir ölkədə sülhün, əminamanlığın, sabitliyin təmin olunmasıdır. Bunlar qadına ona görə, lazımdır kİ, övladının gələcəyini qura bilsin. Dünyada terrorlar, qan-qadalar qadını narahat edən məsələlərdir. Bu kimi halların qarşısının alınması üçün bu gün dünya anaları bir araya gəlib".
N.Əliyeva bildirib ki, tədbirin nəticəsi olaraq dünya qadınlarına müraciət ünvanlanacaq: "Bəyannamənin mərkəzində isə yenə sülh olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB