Ermənistan silahlı qüvvələri mövqelərimiz atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Cəbrayıl rayonunun Mehdili, Ağdam rayonunun Şirvanlı və Mərzili, Füzuli rayonunun Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB