Müsavat başqanının açıqlaması saxta imiş

İsa Qəmbərin adından Türkiyə Baş nazirinin saxta "Facebook" səhifəsində açıqlama verildiyi müəyyənləşib
Müsavat başqanının açıqlaması saxta imiş

Müsavat Partiyasının sədri İsa Qəmbərin Türkiyəyə səfəri zamanı Baş nazir Rəcəb Tayyib Ərdoğanın "Facebook" sosial şəbəkəsində açıqlama verilmədiyi müəyyənləşib. Azərbaycanın Türkiyədəki səfirliyi Müsavat başqanı İsa Qəmbərin bu ölkəyə səfəri zamanı verdiyi açıqlamalara baş nazir Rəcəb Tayyip Ərdoğanın "Facebook" səhifəsində yer verilməsinə dair xəbərləri araşdırıb. Səfirlikdən verilən məlumata görə, diplomatik missiya Türkiyə baş nazirinin aparatı və Türkiyə Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayaraq məsələnin əsl mahiyyətini aydınlaşdırıb.

"Müsavat Partiyasının sədri İsa Qəmbərin Türkiyəyə səfəri zamanı açıqlamaların yer aldığı "Facebook" səhifəsinin isə tamamilə saxta bir ad altında fəaliyyət göstərdiyi məlum olub. Əlavə olaraq, Türkiyə Baş nazirinın Aparatından səfirliyə Baş nazir Ərdoğanın özünün də çox sayda "Recep Tayyip Erdoğan" adında saxta "Facebook" səhifələrindən narahat olduğu və bunların tədqiq olunaraq cəzalandırılmasına dair göstəriş verdiyi bildirilib", - səfirliyin məlumatında qeyd olunur.

Türkiyə baş nazirinın Aparatından Səfirliyimizə bildiriblər ki, baş nazir özü də çox sayda "Recep Tayyip Erdoğan" adında saxta "Facebook" internet səhifələrinin mövcudluğundan narahatdır və bu məsələnin təhqiq olunmasına və səhifələri yaradanların cəzalandırılmasına dair göstəriş verib.

Qeyd edək ki, İsa Qəmbərin Türkiyəyə səfəri zamanı verdiyi açıqlamaların Rəcəb Tayyip Ərdoğanın "Facebook" səhifəsində yer verilməsinə dair xəbəri "Yeni Müsavat" qəzeti yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə