"ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfərləri bir nəticə verməlidir. Danışıqlar prosesinin davam etməsi müsbət hal olsa da, işğalçı Ermənistana qarşı ciddi tədbirlər görülmür". SİA-nın məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, təcavüzkara qarşı sanksiyalar tətbiq olunmayınca münaqişənin həllində hər hansı irəliləyişin olması inandırıcı deyil. Onun sözlərinə görə, dünyada baş verən proseslər hələ də ikili standartların davam etdiyini göstərir: "Beynəlxalq birlik konkret mövqe ortaya qoymasa, həmsədrlər işğalçı Ermənistanı öz adı ilə çağırmasa Sarkisyan hakimiyyəti müxtəlif bəhanələrlə münaqişənin uzanmasına çalışacaq. Belə olan halda isə Azərbaycan öz gücünə məsələni həll etməyə məcbur olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB