Politoloq: “Ermənistan seçim qarşısındadır”

Politoloq: “Ermənistan seçim qarşısındadır”

"Ermənistan Prezidenti Serj Sərkisyanın məqsədi Avropa İttifaqı ilə Rusiyanı qarşı-qarşıya qoymaqdır". SİA-nın verdiyi xəbərə görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Sərkisyanın inauqurasiyası zamanı Ermənistanla Rusiya arasında Ermənistanın Avrasiya İqtisadi Komissiyası ilə əməkdaşlığı barədə sənəd imzalanacaq: "Aİ-nin fikrincə, Ermənistanla azad iqtisadi zonaya qoşulma haqqında müqavilə Aİ-nin Vilnüs sammiti zamanı imzalana bilər: "Gecikmə olarsa, bu 2014-cü ilin birinci yarısından o tərəfə keçməyəcək. Ermənistan tərəfi bu ilin iyun ayında Vilnüs sammitində Avropa İttifaqı ilə sazişin imzalanmasına çox ümid edir. Lakin eyni zamanda çalışırlar ki, Avropa İttifaqı ilə Ermənistan arasında saziş Vilnüs sammitinədək imzalansın. Rusiya tərəfi bu sənədi hüquqi qüvvəyə malik müqavilə kimi görmək istəsə də, Ermənistan prezidenti bunu hüquqi qüvvəsi olmayan memorandum kimi imzalamaq istəyir. Sərkisyanın məqsədi Avropa İttifaqı ilə Rusiyanı qarşı-qarşıya qoymaqdır.

Politoloq bildirib ki, hazırda Ermənistanı çox ciddi narahat edən məsələ Ermənistanın Aİ və ya Rusiya istiqamətində seçim etmək məcburiyyətində qalmasıdır: "Aİ-də Rusiyanın hərbi bazalarının mövcudluğunun bilirlər və baş nazir Tiqran Sərkisyanın qarşısında bu məsələ qaldırılıb. O isə Ermənistanda Rusiyanın hərbi bazalarının mövcudluğunun Ermənistan-Avropa İttifaqı əlaqələrinə maneçilik törətmədiyini bildirdi. Lazım gələrsə, bu bazaların çıxarılması məsələsini gündəliyə gətirmək olar. Ehtimal ki, Tiqran Sərkisyan Rusiya bazalarını Avropa İttifaqının əli ilə öz ölkəsindən çıxarmaq niyyətindədir. Rusiya ilə Avropa İttifaqını qarşı-qarşıya qoymaqla Sərkisyan seçim etmək məcburiyyətindən xilas olur, hər iki tərəfdən qazanmağa çalışır. "Ermənistan Avrasiya və Avropaya inteqrasiya arasında seçim etməkdən yayınmaq üçün əlindən gələn hər şeyi edəcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə