S.Sarkisyanın Rusiya prezidenti Vladimir Putinin adından yalan danışdığı aşkarlandı. SİA-nın verdiyi xəbərə görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib.
"Serj Sarkisyanın dediyinə görə, guya RF prezident V.Putin ondan az sonra Abxaziya prezidenti A.Ankvabla gürcü-abxaz dəmiryolunun açılmasının müzakirə edib. Putinin ətrafından S.Sarkisyana bildiriblər ki, gürcü-abxaz dəmiryolunun açılması A.Ankvabla müzakirə olunub, hər şey yaxşıdır. Üstündən bir neçə gün keçmiş A.Ankvabın Putinlə görüşündə gürcü-abxaz dəmiryolunun açılması müzakirə olunmadığını bildirib. Bu məsələ qeyri-rəsmi şəkildə onun diqqətinə çatdırılıb. Başqa sözlə A.Ankvab gürcü-abxaz dəmir yolunun açılmasını indiki zamanda Abxaziyanın gündəliyində olmadığını bildirib. S.Sarkisyanın RF prezidenti V.Putinin adından yalan danışdığı ilk dəfə deyil. Dövlət rəhbərlərinin adından həmin dövlətin məmurlarına və ya bir dövlətin başçısının adından başqa bir dövlətin başçısına yalanlar danışması siyasətdə S.Sarkisyanın "qızıl gedişi"dir"-deyə politoloq bildirib.
Politoloq bundan əlavə diqqətə çatdırdı ki, bu S.Sarkisyanın yalan danışmasının daha bir nümunəsidir. Digər bir yalanda artıq aşkarlanıb: "Ermənistandakı prezident seçkilərinin Avropa müşahidəçiləri tərəfindən müsbət rəyini aldıqdan sonra yenidən Ermənistanın keçmiş xarici işlər naziri V.Oskanyana qarşı cinayət işi məsələsini gündəliyə gətirdilər. Ermənistanın Milli Təhlükəsizlik Xidməti Oskanyanın rəhbərlik etdiyi "Sivilitas" fondundan sənədləri tələb etdi. S.Sarkisyanın bu mövzuda davranışı Aİ üzvü olan ölkələrin Ermənistandakı səfirlərini ciddi həyəcanlandırdı. ABŞ-ın və Almaniyanın Ermənistandakı səfirlərinin bu məsələyə münasibət bildirmək məqsədilə keçirdiyi mətbuat konfransında səslənən bəzi fikirləri hətta təhqir kimi də başa düşmək mümkün idi. S.Sarkisyan prezident seçkilərində Qərbin dəstəyinin almaq üçün onlarında qarşısında müəyyən vədlər vermişdi. İndi bu vədlərini danır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB