Rauf Zeyni: “Gənclərimiz dağıdıcılığa yox, quruculuğa meyllənməlidir"

Rauf Zeyni: “Gənclərimiz dağıdıcılığa yox, quruculuğa meyllənməlidir"

Hər hansı bir qeyri-hökumət təşkilatı və ya beynəlxalq təşkilat qeyri-qanuni fəaliyyətlə məşğul oldursa mütləq qanun qarşısında cavab verməlidir. Bunu SİA-ya Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

Onun sözlərinə görə, Azərbaycanda xaos yaratmağa çalışan təşkilatların fəaliyyətində Azərbaycanın dağıdıcı müxalifəti maraqlıdır: "Hər hansı bir müxalifət partiyası kimlərisə qəhraman kimi təqdim etmək istəyirsə bu onların milli maraqlarını şübhə altına qoyur. Təəssüf ki, cəmiyyətdə bəzi siyasi partiyalar belə məsələlərdə maraqlıdır. Ancaq vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq deyə bilərəm ki, bu kimi məsələlərdə yalnız dövlət və mili maraqlara zidd olmadan mövqedən çıxış edərək dövlətimizi müdafiə etməliyik. Cəmiyyətimiz də öz müstəqilliyini gücləndirməlidir. Bunu xüsusi olaraq gənclərimizə xitabən demək istəyirəm. Çünki bəzi gənclərimiz müəyyən qüvvələrin şirin vədlərinə uyaraq ölkədə dağıdıcılıq fəaliyyəti ilə məşğul olmağa çalışırlar. Ancaq gənclərimiz dövlətimizin müstəqilliyi üçün daha çox dağıdıcılıq yox, quruculuğa meyllənməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə