"Biz Davos İqtisadi Forumunun Azərbaycanda keçirilməsinə müxtəlif kontekstlərdən yanaşa bilərik. Çünki bu forum həqiqətən də ölkəmiz üçün olduqca əhəmiyyətli bir tədbirdir. Beynəlxalq tədbirin paytaxt Bakıda keçirilməsi Azərbaycana olan böyük inamdan, etibardan, şəxsən prezident İlham Əliyevə olan dərin hörmətdən, inamdan xəbər verir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Davos İqtisadi Forumunun ölkəmiz üçün əhəmiyyətindən danışarkən söyləyib.
YAP GB sədrinin sözlərinə görə, Davos İqtisadi Forumu dünyada təşkil edilmiş ən böyük forumdur: "Təbii ki, bu forumun bizə həm iqtisadi, həm də siyasi baxımdan çox böyük faydaları olacaq. Forumun siyasi faydaları ondan ibarətdir ki, dünya ölkələri, bura gələcək iş adamları Azərbaycanı sivil, demokratik, sabit, stabil və inkişafa meylli bir dövlət kimi qəbul edir. Xüsusilə, bu forum vasitəsilə ölkə həqiqətləri bir daha xarici qonaqların diqqətinə çatdırılacaq. Hər hansı bir xarici qonağın Azərbaycan gələrək burada olan reallıqları öz gözləri ilə görməsi və yerindəcə qərar verməsi bizim üçün olduqca sevindirici bir amildir. Çünki cənab prezident İlham Əliyevin də əsas məqsədi odur ki, Azərbaycan nəinki regionda, həm də dünya səviyyəsində ən aparıcı ölkələrdən biri səviyyəsinə çıxsın".
S.Orucov deyib ki, bizim hədəflərimiz olduqca böyükdür: "Buna misal olaraq "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf konsepsiyasını və s. göstərə bilərik. Bunların hər birinin arxasında planlar və proqramlar dayanır. Bu söz xatirinə deyilməyib. Hesab edirəm ki, forumun ölkəmizdə keçirilməsi artıq bizim 2020-yə olan hədəfimizin startı kimi qiymətlədirilməlidir. Biz xarici investisiyaların Azərbaycana cəlb edilməsində maraqlıyıq. Stabillik, investisiya mühiti olmayan yerdə heç bir zaman layihələr həyata keçirmək olmaz. Ümumiyyətlə, ölkəmiz bu kimi tədbirlərə ev sahibliyi etdikdə bizim təcrübəmiz də yetərincə artır və çoxlu dostlar qazanırıq. Bununla belə forumun keçirildiyi vaxt Azərbaycana gəlmiş iş adamları ilə şəxsi münasibətlər qurulacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB