Minsk qrupunun həmsədrləri Azərbaycana gəlib

Minsk qrupunun həmsədrləri Azərbaycana gəlib

ATƏT-in Minsk Qrupunun həmsədrləri Jak For, İqor Popov və Yan Kelli Azərbaycanda səfərə gəliblər. SİA-nın verdiyi xəbərə görə, həmsədrlər sabahdan başlayaraq Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcəklər. Baş tucaq görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin gedişi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Parisdə keçirilmiş görüşlərin nəticələri müzakirə olunacaq.

Qeyd edək ki, həmsədrlərin aprelin 4-də qoşunların təmas xəttini keçərək Dağlıq Qarabağa gedəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə