"ATƏT-in Minsk qrupunun regiona növbəti səfəri də Azərbaycan üçün heç bir şey vəd etmir". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri vaxt udmaqla Ermənistana xidmət edirlər: "Artıq Azərbaycan xalqı və iqtidarı da onların yersiz səfərlərindən bezib. Hətta cənab prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, ATƏT bir qurum kimi Azərbaycana heç bir şey verməyib, vermək ehtimalı da sıfıra bərabərdir. Hesab edirəm ki, bu siyasət bilərəkdən həyata keçirilir. Bu gün ATƏT ABŞ və Rusiyanın bölünməz almasına çevrilib. Fransa isə onların arasında dördüncü hakim statusundadır. Yəni kənardan dayanaraq mənfəətinə uyğun iqtisadi maraqlar qoparmağa çalışır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB