Mən öz şəxsi "facebook" səhifəmi on gün bundan qabaq yaratmışdım. Burada müxalifətin fəaliyyətsizliyi o cümlədən İctimai Palata ilə bağlı tənqidi məqaləm qeyd edilmişdi. Bu yazılarda heç bir təhqirdən söhbet belə getmirdi. Hətta bəzi dostlarım bu yazıları öz səhifələrində belə paylaşmışdılar. Ancaq görünür ki, müxalifət nümayəndələri bu cür tənqidi yazılara hələ də öyrəşməyib əksinə onlar kimisə tənqid və təhqir etməyə meyllidirlər. Bunu SİA-ya millər vəkili Etibar Hüseynov ötən gün şəxsi "facebook" səhifəsinə qarşı həyata keçirilən hakker hücumuna münasibət bildirərkən deyib.
Millət vəkili hücumların müxalifət dairələri tərəfindən reallaşdırıldığını bildirib: "Bu bir daha onu göstərir ki, müxalifət nümayindələri tənqidə dözümsüzdürlər. Mən yenidən adı çəkilən sosial şəbəkədə səhifəmi bərpa edəcəyəm. Onların bu addımını özümə qarşı elan olunmuş müharibə kimi qəbul edirəm. Təbii ki, mən bu müharibəyə hazıram və onların da cavabını verəcəyəm. Bəzi dostlarım iddia edir ki, bunu Rauf Arifoğlu, yaxud Qəniməz Zahid edib. Düzü mən inanmıram ki, adı çəkilən bu insanlar bu dərəcədə xırda məsələlərə qol qoysunlar. Bundan sonra mən müxalifətə qarşı daha kəskin yazılarla çıxış dəcəyəm".
E.Hüseynov deyib ki, qoy onlar öz işlərində olsun, mən də bundan sonra öz işimdə olacağam: "Hesab edirəm ki, gələcəkdə mən öz sosial "facebook" şəbəkəmi peşəkarlar tərəfindən hazırlatdıracağam ki, bir daha belə haker hücumuna məruz qalmasın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB