Elçin Mirzəbəyli: “Ermənistan işğalçı mövqeyindən əl çəkdiyini bəyan etməlidir”
"Nazirlərin növbəti görüşü reallaşsa belə, hər hansı irəliləyişə nail olunmayacaq. Çünki bundan əvvəlki görüşlərdə verilən bəyanatlar və ATƏT-in Minsk qrupu həmsədrlərinin açıqlamaları hansısa irəliləyişin əldə olunmadığını sübuta yetirir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli ATƏT-in Minsk Qrupu həmsədrlərinin aprelin ilk həftəsində regiona edəcəyi səfərlə bağlı məsələləri şərh edərkən deyib.
E.Mirzəbəylinin sözlərinə görə, irəliləyiş haqqında o zaman danışmaq olar ki, konkret olaraq ortalıqda hər hansı bir sənəd olsun, Ermənistan özünün işğalçı mövqeyindən əl çəkdiyini bəyan etsin: "Bununla belə, ATƏT-in Mink qrupuna həmsədr olan dövlətlər adıçəkilən ölkəyə qarşı konkret addımlar atmalıdırlar. Təbii ki, bunların heç biri olmadığı halda, bu görüşlərdən hansısa uğurlu nəticələr gözləmək sadəlöhvlük olardı".
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov səfərin aprelin ilk həftəsində gerçəkləşəcəyini bildirib. Nazir həmsədrlərin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşünün hələlik gündəmdə olmadığını deyib: "Parisdə hər iki ölkənin nazirlərinin görüşü Ermənistandakı prezident seçkiləri ilə əlaqədar baş tutmadı. Buna görə də həmsədrlər nazirlərlə ayrı-ayrılıqda görüşdülər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB