Cəbhə xəttində gərginlik davam edir

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Sarıcalı, Qaraqaşlı, Goranboy rayonunun Gülüstan, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan, Aşağı Seyidəhmədli, Tərtər rayonunun Çiləbürt, Goyarx, Nəmirli kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə