Boris Berezovskinin meyiti...?

Bu gün on ildən çox mühacir həyatı yaşayan, tanınmış rusiyalı iş adamı Boris Berezovskinin meyiti Londondakı evinin hamam otağında aşkarlanıb. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, intihar versiyası istisna olunmur. Moskva vəkillər kollegiyasının rəhbəri Aleksandr Dubrovinski bu versiyanı təsdiqləyib: "Mənə indicə Londondan zəng edib bildirdilər ki, Boris Berezovski intihar edib".

Qeyd edək ki, B.Berezovski 1946-cı ilin yanvarın 23-də anadan olub. 1991-ci ilin dekabrın 7-dən riyaziyyat, mexanika, informatika üzrə Rusiya Elmlər Akademiyasının müxbir üzvüdür. 1989-cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb – bir neçə iri şirkətlərin təsisçisi, aktivlərinin sahibi və top meneceri olub. Rusiyanın birinci prezidenti Boris Yeltsinin dövründə MDB-nin icraçı katibi və Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibinin müavini vəzifələrində çalışıb. 2000-ci ildən Rusiyadan kənarda yaşayıb.

Bununla belə Rusiyada B.Berezovskini bir neçə iqtisadi cinayətlər və dövlət hakimiyyətinə qarşı cinayət törətməkdə ittiham edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə