Sərraf Hüseynov: “Biz səylərimizi birləşdirmədən bu məsələni həll edə bilmərik” MÖVQE
"Bildiyimiz kimi, bu gün Azərbaycan dünyada terrorizmdən ən çox ziyan görən ölkələrdən biridir. Ötən gün ölkəmizdə keçirilən "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda Beynəlxalq konfransın bizim ölkəmiz üçün böyük dəyəri və əhəmiyyəti var. Ölkə Prezidenti cənab İlham Əliyevin də konfransın işinə qatılması bu mövzuya verilən önəmdən irəli gəlirdi. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Hüseynov deyib.
YAP GB ofisinin rəhbərinin sözlərinə görə, cənab prezidentin çıxışı həm konfrans iştirakçıları, həm də ictimaiyyət üçün vacib mesajlarla zəngin idi: "Prezidentin salamlamadan həmən sonra çıxışını Ermənistanın üzərinə yönəltməsi Azərbaycan dövlətinin beynəlxalq aləmdən əsas tələbinin nə olduğunu bir daha ortaya qoydu. Azərbaycan terrordan zərər çəkən dövlət kimi haqq-ədalətin bərpa olunmasını tələb edir və bunu üzv olduğu bütün beynəlxalq təşkilatlardan və söz sahibi olan dünya dövlətlərindən qətiyyətlə tələb edir. Prezident öz nitqində bunu tam açıq şəkildə ifadə etdi. Prezidentin çıxışında digər önəmli məsələ Azərbaycanın informasiya terrorundan sığortalanması üçün gücünü artırmağa yönəlik addımların atılması istiqaməti idi. Bu gün hətta ən ətibarlı dünya mətbuatının səhifələrində belə ürək açmayan məqamlar vardır. Bu, qondarma qaranlıq tarixi faktların üzə çıxarılaraq yayılması və dünyanı dəhşətə salan terrorun islam dini ilə bağlanması cəhdləridir. Bu məsələni qətiyyətlə pisləyən Prezident İlham Əliyev vurğuladı ki, "Terrorçuluğun nə dini, nə də milliyyəti vardır. Milli, eləcə də dini mənsubiyyətindən asılı olmayaraq, bütün bəşəriyyət terrorçuluqdan əziyyət çəkir. Fikrimcə, bu, daim diqqətdə qalması zəruri olan mühüm məsələlərdən biridir. Biz səylərimizi birləşdirməsək, bu məsələni lazımi şəkildə həll edə bilməyəcəyik. Prezident bu problemlə bağlı mümkün çıxış yollarını da konfrans iştirakçılarının diqqətinə çatdırdı. Prezidentin irəli sürdüyü "səylərin birləşdirilməsi" və "multikulturalizmin inkişaf etdirilməsi" tezisləri bu təhlükələrin aradan qalxması üçün ən əsas faktorlar kimi göstərildi. Düşünürəm ki, Azərbaycan Hökumətinin, BMT-nin və İSESCO-nun təşkilatçılığı ilə keçirilən bu Beynəlxalq konfrans dünyanı sarsıdan terrora qarşı birgə mübarizədə atılan önəmli addımlardan biri oldu. 50 dünya dövlətinin, 20 beynəlxalq təşkilatın qatıldığı bu konfrans Ermənistanın bəşər əlehinə törətdiyi cinayətdən bir daha xəbərdar oldu, Azərbaycanın terrorizmlə mübarizədə qətiyyətli mövqeyini bir daha gördü. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti və hökuməti qarşısında dayanan ən böyük problemin – Qarabağ münaqişəsinin həllini bütün sivil yollarla mümkün etmək iqtidarındadır. Biz əminik ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz ən böyük problemindən də xilas olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB