Xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın Baş katibi Valeri Çeçelaşvilini qəbul edib. SİA-nın verdiyi xəbərə görə, görüşdə Azərbaycanla GUAM arasında əməkdaşlığın cari vəziyyəti və əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, təşkilata üzv ölkələr arasında nəqliyyat, turizm, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın daha da intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Valeri Çeçelaşvili təşkilatın fəaliyyəti və digər beynəlxalq təşkilat və ölkələrlə əməkldaşlığı haqqında məlumat verib. GUAM-ın baş katibi Bakıda keçirilən terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr edilmiş beynəlxalq konfransın əhəmiyyətini qeyd edib. Təşkilatın müasir dövrün çağırışları, kiber cinayətkarlıq kimi yeni qlobal təhdidlərlə mübarizənin gücləndirilməsinin vacibliyini vurğulanıb.
Görüş zamanı GUAM-ın nəzərdə tutulan tədbirləri barəsində fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB