"Hər iki ölkə arasında əməkdaşlıq elə bir məcrada davam etdirilməlidir ki, onların milli maraqları təmin olunsun. Amma çox təəssüflər olsun ki, bunu Ermənistan-Rusiya arasında olan münasibətlərə şamil etmək olmaz". Bunu SİA-ya millət vəkili Asəf Hacıyev Rusiya və Ermənistan prezidentlərinin Moskvada təşkil olunan təkbətək görüşünə münasibət bildirərkən deyib.
A.Hacıyevin sözlərinə görə, Azərbaycanın burada başlıca marağı ondan ibarət ola bilər ki, Ermənistan bu danışıqlardan istifadə edərək Dağlıq Qarabağ münaqişəsi istiqamətində lazımi addımlarını atsın: "Ölkəmiz hər bir gücə, potensiala eləcə də düşmənin bütün qüvvələrini dəf etməyə qadirdir. Bu mənada hesab edirəm ki, bu görüş Azərbaycanı bir o qədər də narahat etməməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB