"Azərbaycanda müxalifət və siyasi partiyalarla dialoq həyata keçiriləcək". SİA-nın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Ə.Həsənovun sözlərinə görə, müxalifət, mətbuat orqanları və siyasi partiyalarla dialoq həyata keçiriləcək: "Xüsusən seçki ərəfəsində, seçki fəaliyyətinin aparılması, siyasi partiyalar tərəfindən namizədlərin irəli sürülməsi,namizədlərin təbliğ edilməsi, seçkilərə qatılması ərəfəsində onlarla təmasları tezləşdirəcəyik".
Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin bu ilin payız aylarında keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB