"Jurnalistlərin siyasi proseslərə qatılması və aksiyalarda mövqe nümayiş etdirməsi doğru deyil". Bunu SİA-ya açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu bəzi jurnalistlərin bu ad altında aksiyalarda iştirak etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu kimi halların qarşısının alınması üçün müəyyən tədbirlər görüləcək: "Jurnalistlərin aksiyalarda tərəf nümayiş etdirməsi və mövqe sərgiləməsi məqbul sayılmır. Təəsüf ki, bəzi azərbaycanlı jurnalistlərin aksiyalarda siyasi proseslərə qatılması kimi ənənələr mövcuddur. Bir çox jurnalistlər, siyasi qurumların təmsilçiləri jurnalist adı altında aksiyalara qatılırlar. Belə hallar mövcuddur. Hesab edirəm ki, jurnalistlərin aksiyalarda tərəf kimi iştirak etməsi müvəqqəti prosesdir. Çünki belə hallar cəmiyyət tərəfindən təpki ilə qarşılanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB