Bakıda qanunsuz aksiyanın qarşısı alınır FOTO

Bakıda qanunsuz aksiyanın qarşısı alınır FOTO

Bu gün bir qrup gənc Bakının Fəvvarələr bağında qanunsuz olaraq etiraz aksiyası keçirməyə cəhd edib. Hadisə yerində olan əməkdaşımızın SİA-ya verdiyi məlumata görə, askiya iştirakçıları "Əsgər ölümlərinə son" şüarı ilə Əziz Əliyev küçəsi, Neftçilər prospektinə kimi hərəkət ediblər. Aksiya icazəsiz olduğundan polis qüvvələri ərazilərdə güclü mühafizə qurub. Aksiyanı dağıtmaq üçün su şırnağından istifadə edilib. Nizami küçəsinin bir hissəsindən Fəvvarələr meydanına gedən yol istisna olmaqla, digər ərazilərdə hələlik nəqliyyatın və vətəndaşların hərəkəti məhdudlaşdırılmayıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi razılaşdırılmamış aksiyanın qarşısının alınacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə