Venesuela yeni prezidentini nə vaxt seçəcək?

Venesuela yeni prezidentini nə vaxt seçəcək?

Venesuelada yeni prezident seçkisinin keçiriləcəyi tarix məlum olub. SİA-nın məlumatına görə, Venesuela Mərkəzi Seçki Komissiyası seçkilərin aprelin 14-də keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, seçkilərə qədər prezident səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Nikolas Maduro icra edəcək. O, həm də seçkinin favorit hesab edilir. Maduro bu yaxınlarda vəfat etmiş Uqo Çavesin sosialist siyasətini davam etdirəcəyini bildirib. Ötən həftə vəfat etdiyi açıqlanan Uqo Çaveslə ictimai vida mərasimi isə hələ bir neçə gün də davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə