"Onlar ilk növbədə cənab prezidentin etimadını doğrultsunlar” MÜNASİBƏT

"Onlar ilk növbədə cənab prezidentin etimadını doğrultsunlar” MÜNASİBƏT

"Cənab prezident İlham Əliyevin imzaladığı bütün sərəncamlar ölkənin inkişafı istiqamətində atılan addımlardır. Digər sərəncamlar kimi bunu da müsbət qiymətləndirirəm". SİA-nın məlumatına görə, bu fikirləri millət vəkili Ceyhun Osmanlı dövlət başçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi ilə bağlı sərəncamına münasibət bildirərkən deyib.

Gənclər Fondunun yaradılmasının da önəmli təşəbbüs olduğunu deyən millət vəkili: "Gənclər Fondu yaranana qədər ancaq gənclər təşkilatının fəaliyyəti dəstəklənirdi. Əvvəllər fərdi gənclərin heç bir təşkilat olmadan layihələrini irəli sürmək üçün bir donor yox idi. Sonradan Gənclər Fondunun yaradılması ilə bu məsələ öz həllini tapdı",- deyə fikirlərinə əlavə edib.

C. Osmanlı onu da qeyd edib ki, xaricdə fəaliyyət göstərən gənclər təşkilatlarının Azərbaycanla bağlı fəaliyyətlərinin dəstəklənməsi üçün bir fond yox idi: "Gənclər Fondu yaradılarkən bu məsələ də əsas götürülmüşdü. Fondun daxilində format dəyişikliyinə baxmayaraq sevindirici haldır ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan məsələlər burada öz əksini tapır. Yeni tərkibi yaxından tanıyıram. Onların hər biri ictimai sferada fəaliyyəti olan insanlardır. Həmin insanlara yeni işlərində uğurlar arzulayıram. Əsas qeyd edim ki, onlar ilk növbədə cənab prezidentin etimadını doğrultsunlar".

Bütün xəbərlər Facebook səhifəmizdə