"Bu gün Ermənistanda prezident seçilmiş Serj Sarkisyan və bu post uğrunda mübarizə aparan Raffi Hovhannisyanın əqli cəhətdən müəyyən problemləri var. Çünki hər iki şəxs real imkanlarını həddən artıq şişirdilmiş şəkildə görür". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistandakı son siyasi duruma şərh verərkən deyib.
Onun sözlərinə görə, dəli Serj Sarkisyanın əlində hakimiyyət cəmlənib, digər dəli Raffi Hovhannisyan isə xalqın başında dayanır: "Bu gün prezident postu uğrunda mübarizə aparan Raffi Hovhannisyan və onun dörd oğlu hərbi xidmət keçməyib. Lakin onların hər biri Dağlıq Qarabağ müharibəsinin qızğın dövründə hərbi çağırış yaşında olublar. Ancaq Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyasının iclası zamanı Qarabağdan üçün qalmaqal yaratmağa cəhd etdi. Hətta xarici mətbuatdakı çıxışlarında bildirib ki, Türkiyədə yaşayan ermənilərin ərazi bütövlüyünü tanıyır. Bu gün iki dəli Ermənistanda prezident postu uğrunda bir- birlərini qırır. Qərb açıq şəkildə bütün demokratiyanı, insan hüquqlarını tapdayaraq saxta seçkilərlə hakimiyyətə gəlmiş Serj Sarkisyana dəstək versə də, hesab edirəm ki, Ermənistanda vəziyyət sakit qalmayacaq. Düşünürəm ki, Ermənistanda müxalifət vəziyyəti kifayət qədər gərginləşdirməyə doğru hərəkət edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB