Çexiyanın ali qanunvericilik orqanının beynəlxalq əlaqələr komitəsi Xocalı qırğınının insanlığa qarşı cinayət kimi tanınması və bu dəhşətli cinayətin törədilməsinə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşməsi barədə qətnaməni birinci olaraq və yekdilliklə qəbul etməsi barədə məlumat veriləndən dərhal sonra, gözlənildiyi kimi, bu Ermənistandan – özü balaca, lakin hədsiz ambisiyalı ölkədən zəhlətökən şikayətçilər Çexiya tərəfindən həyasızcasına izahat tələb etməyə başlayıblar.
Əlbəttə, bu tarixi qərarı qəbul etmiş parlamentdən hər hansı izahat gözləmək həmin şikayətçilər tərəfindən səfehlik idi. Buna görə də ermənilər Çexiya Xarici İşlər Nazirliyinə müraciət ediblər, orada isə zəhlətökən şikayətçiləri başdan etmək üçün adətən belə hallarda olduğu kimi, bildiriblər ki, Çexiya XİN bu qətnamənin hazırlanması və qəbul edilməsi prosesinə cəlb edilməyib (belə də olmalıdır, çünki parlament və XİN - hakimiyyətin tamamilə fərqli şaxələridir) və ölkənin xarici siyasət idarəsinin rəsmi mövqeyi dəyişməyib – "Çexiya Respublikası beynəlxalq birliyin və xüsusən ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini dəstəkləyir..." və sair (bax: http://www.regnum.ru/news/1627805.html).
Bu cavabın erməniləri qane edib-etmədiyini bilmirik, amma diplomatiya idarəsi başqa cavab verməyib və verə də bilməzdi. Lakin bir məsələ əsla aydın deyil: "Minsk qrupu" və "onun səylərinin dəstəklənməsi" barədə çeynənmiş sözlərlə Xocalı qırğınının insanlığa qarşı cinayət kimi, Ermənistanın isə bu cinayətin törədilməsinə görə cavabdeh tərəf kimi birmənalı tanınması haqqında qəbul edilmiş qətnamə arasında nə əlaqə var?
Bizə hər şey aydındır, amma erməniləri bu cavab açıq-aşkar məyus edib, çünki Çexiya XİN qətnamənin mətninə heç bir münasibət bildirməyib və münasibət bildirmək fikrində olmayıb.
Əslində, məgər belə olmalı deyildimi? Axı bu qətnamə ölkənin qanunverici orqanının rəsmi mövqeyidir, XİN isə həmin cinayətin törədilməsində birbaşa günahlandırılan tərəfin ilk müraciətinə əsasən bu mövqeyi şərh etməyə borclu deyildir.
Amma Ermənistana xidmət edən REGNUM informasiya agentliyi bu yeniliyi saxta sevinclə təqdim etməyə çalışıb: yəni, ey həmvətənlər, bu qədər narahatlıq keçirməyin – axı, Çexiya XİN parlamentin bu qətnaməsinin hazırlanmasına cəlb edilməyib (əgər XİN həmin prosesə cəlb edilmiş olsaydı, təəccüblü olardı), üstəlik, guya Çexiya XİN "xoşagəlməz şəkildə təəccüblənib" ki, azərbaycanlı həmkarları sənədin mətnini öz saytında Çexiya parlamentinin beynəlxalq məsələlər komitəsindən daha əvvəl yerləşdiriblər.
Bu sənədi kimin daha əvvəl dərc etməsinin nə fərqi varmış? Qətnamə yekdilliklə qəbul edilib və komitənin başçısı tərəfindən imzalanıb. Azərbaycan tərəfi təsdiq edilmiş sənədi alıb və o, həmin sənədin Çexiya parlamentinin müvafiq saytında dərc edilməsini gözləməyə borclu deyildir. Qətnamə artıq tarixə düşüb – Çexiya Avropa İttifaqına üzv dövlətlər arasında "başıbəlalı" və "ilk xristian ölkəsi" olan Ermənistanı Xocalıda insanlığa qarşı cinayət törətməkdə rəsmən pisləyən ilk ölkə olub. Çexiya Respublikasının rəsmi mövqeyi Ermənistan təbliğat-təşviqat maşınının Koçaryana xidmət edən REGNUM agentliyinin redaksiyasına yol tapmış nümayəndələrinin və erməni klounu, REGNUM-un gizli sahibinin soydaşı Şavarş Koçaryanın bu cinayət barədə həyasız şərhindən, yumşaq desək, "bir qədər" fərqlənir.
Biz əsas məqsədimizə nail olmuşuq – Ermənistan bütün dünyada (ən azı bütün Avropa İttifaqında) biabır olub və dəhşətli cinayətin törədilməsində ittiham edilərək izqoy dövlətlər sırasına daxil olub. Bu fakt Serj Sarkisyanın ikinci müddətə prezident seçilməsi münasibətilə yaxşı hədiyyədir və söz veririk ki, sonuncu hədiyyə olmayacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB