Ermənistanda MSK-nın növbədənkənar iclası

Ermənistanda MSK-nın növbədənkənar iclası

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar iclas çağıracaq. SİA-nın məlumatına görə, bu barədə MSK-nın mətbuat xidməti açıqlama yayıb. Məlumata görə, iclasın gündəliyinə üç məsələ daxil edilib:

- 2013-cü ildə yerli özünüidarəetmə orqanlarına seçkilərin tarixinin təyin edilməsi;

- Mayın 5-də İrəvan Ağsaqqalar Şurası seçkilərinə hazırlıq və seçkilərin keçirilməsi üzrə əsas tədbirlərin təqvim planının təsdiq edilməsi;

- İrs Partiyasının lideri Raffi Ovannisyanın seçkiqabağı mənzil-qərargahının əlaqələndiricisi Gevorq Kalençyanın bəyanatının nəzərdən keçirilməsi.

Bütün xəbərlər Facebook səhifəmizdə