Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov bu gün Neftçalada partiyanın gəncləri ilə görüş keçirib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, tədbirdə YAP Neftçala rayon gənclər təşkilatının sədri Vurğun Əkbərov çıxış edərək bildirib ki, partiya sıralarında 1642 nəfər gənc var və onlar partiyanın qayğısı ilə əhatə olunublar.
Rayonun idarəçilik sistemində, ictimai siyasi proseslərdə gənclərin potensialından geniş istifadə olunmasından danışan V.Əkbərov bildirib ki, bələdiyyə seçkisində bələdiyyə üzüvlərinin 38,5 faizini YAP-çı gənclər təşkil edib.
YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov çıxış edərək dövlətimizin gənclər siyasətindən danışıb. Dövlət başçısı İlham Əliyevin gənclərə diqqət və qayğısından danışan icra katibi bu gün ölkə gənclərinin Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu, onların problemləri ilə yaxından maraqlandığını deyib. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, bu gün müasir gəncliyimiz orta və yaşlı nəsildən çox fərqlənir: "Çünki gənclər mükəmməl təhsil alır, müasir texnologiyalara yiyələnir, idarəetmədə yaxından iştirak edirlər. Gənclərin cəmiyyətdə rolu artmaqda davam edir. YAP-çı gənclərində ictimai-siyasi proseslərdə fəal olması vacibdir. Qarşıdan gələn prezident seçkisində gənclərin potensialından geniş istifadə olunmalı və sizlər də təbliğat işlərində fəal iştirak etməlisiniz. Bu, sizin gələcək həyatınız üçün lazımdır. Gələcək gənclərindir. Siz gələcəkdə qazandığınız təcrübədən istifadə etməlisiniz".
Seçki öncəsi diskusiyaların təşkili, fikir mübadiləsinin keçirilməsini tövsiyə edən icra katibi sonda gənclərə fəaliyyətlərində uğurlar arzulayıb.
Neftçala rayonunda gənclərlə görüş bitib. YAP sədrinin müavini-icra katibi Əli Əhmədovun günün ikinci yarısında Salyan rayonunda YAP-ın fəalları və gənclərlə görüşü nəzərdə tutulub.
İqbal Mikayılov
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB